"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Manşet
SİYASƏT 21.09.2023 2089

"Hesab edirəm ki, hazır sənəd var və o sənəddə artıq hər şey deyilir. Yevlax danışıqları da həmin sənəd ətrafında aparılacaq və Qarabağın erməni əhalisinin taleyi həll olunacaq".

"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin partiya rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

"Bu gün bir çoxları həmin sənədin imzalanması ilə bağlı hakimiyyəti tənqid edir, lakin bu gün heç kimin tənqid etməyə haqqı yoxdur, çünki Ermənistan hakimiyyəti Azərbaycan hakimiyyəti ilə üz-üzə dayanaraq "Artsax"ı tək qoyub. Ola bilər ki, xalqın bir hissəsi Ermənistana gəlsin, amma bir hissəsi orada qalacaq". 

O, Qarabağda qətliam törədən erməni cəlladlarının Azərbaycana təhvil verilməsi məsələsinə də toxunub: "Siyahıda kimin olduğunu bilmirəm, mən də o siyahıda ola bilərəm".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top