Zabux sakinləri doğma yurda qayıdışın sevincini yaşayır - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 04.09.2023 1852

Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

"Saat24.az" xəbər verir ki, 2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş  kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar. Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.

Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd  həsrəti  bitən 88  kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top