Priqojinin biznes ortağı Bolqarıstanda həbs edildi

DÜNYA 31.08.2023 1792

“Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin keçmiş biznes ortağı Vasili Bojkov Bolqarıstanda Rusiya tərəfindən ölkə hakimiyyətinə təsir kanalının təşkilində şübhəli bilinərək həbs edilib. 

“Saat24.az” xarici mediaya istinadən xəbər verir ki, Sofiya hava limanında saxlanarkən o, “adını məhkəmədə təmizə çıxarmaq üçün” könüllü olaraq Bolqarıstana qayıtdığını bildirib. Bojkov ən zəngin bolqar və qeyri-rəsmi olaraq ölkənin "qumar biznesinin kralı" sayılır.

O, bir neçə onlarla ittiham üzrə cinayət təqibindən gizlənərək BƏƏ-də son üç ilini keçirib. Bunlardan biri də maliyyə naziri və baş nazirə külli miqdarda rüşvət verilməsi ittihamıdır. 

Bildirilir ki, Priqojinlə Bojkov 2020-ci ildən “Vaqner” təsisçisinin təyyarəsinin qəzaya uğradığı günə qədər bir-biri ilə əlaqə saxlayıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top