Sadə xəbər
Fransada dövlət məktəbləri və hökumət binalarında dini mənsubiyyət nümayiş etdirmək qəti qadağandır.
"Saat24.az" xəbər verir ki, qadağaya əlavə olaraq, 2004-cü ildən etibarən Fransa məktəblərində hicab taxmağa da qadağa qoyulub.
"Sinifə girəndə tələbənin dini mənsubiyyətini sadəcə onlara baxmaqla müəyyən edə bilməməlisən. Qərara gəldim ki, daha məktəblərdə hicab geyinmək olmaz", - Fransanın təhsil naziri Qabriel Atal bildirib.
Qadağa sentyabrın 4-də ölkədə yeni dərs ili başlayanda qüvvəyə minəcək.