Regionda geosiyasi vəziyyət dəyişsə, Ermənistanı nələr gözləyir?

Sadə xəbər
SİYASƏT 04.08.2023 1834

"Dünyada, regionda geosiyasi vəziyyət dəyişir. Geosiyasi vəziyyət heç də hansısa bölgənin arzuladığı istiqamətə dəyişməyə də bilər. Buna görə də ilk növbədə vaxtı çatmış məsələləri həll etmək lazımdır".

Bunu "Saat24.az"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Qarabağın erməni sakinləri separatçı qüvvələrin quluna çevrilməli deyillər:

"Onlar bilməlidirlər ki, arutunyanlar, vardanyanlar, babayanlar özlərini kifayət qədər təmin ediblər. Hansısa situasiyada çətinlik görməyəcəklər. Erməni sakinlər özlərinin və uşaqlarının gələcəklərini düşünməlidirlər. Azərbaycan reinteqrasiya təklif edir. Onlar vaxtilə Azərbaycan ərazisində normal şəkildə yaşayıblar. Sovet statistik rəqəmlərinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial göstəriciləri nəyinki Azərbaycandan, SSRİ-nin göstəricilərindən yüksək olub. Adambaşına düşən mənzil sahəsi keçmiş Dağlıq Qarabağda ən yüksək rəqəm olub. Hər 10 min nəfərə düşən xəstəxana çarpayısı, məktəbli yeri, uşaq bağçaları, sosial obyektlər və s. həmin ərazidə yüksək idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin sakinləri üçün sovet dövründə imtahansız ali məktəblərə qəbul olunmaq imkanı verilib. O dövrdə bölgənin nəyinki kənd təsərrüfatı, eləcə də sənayesi yüksək səviyyədə inkişaf edib. Bütün bunların hamısı Azərbaycanın büdcəsi hesabına edilib. 

Bu gün Azərbaycan həmin sakinlərə seçim etməyi təklif edir. Ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da tərk etməlidirlər. Çünki başqa ölkənin vətəndaşı hansısa bir ölkənin ərazisində hüquqi müqaviləsi olmadan yaşaya bilməz. Bu, dünyanın heç bir yerində yoxdur. Azərbaycan tolerantlıq, multikulturalizmə görə nümunədir. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər də bunu yaxşı bilirlər".

XƏBƏR LENTİ
24.07.2024 2056

DİGƏR XƏBƏRLƏR

Loading
Top