Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı

Sadə xəbər
Sosial 02.08.2023 1837

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top