Liviyanın xarici işlər naziri 13 ildə ilk dəfə İrana səfər edib

Sadə xəbər
DÜNYA 26.07.2023 1056

Liviyanın xarici işlər naziri Nəclə Mankuş İrana səfər edib.

Saat24.az xarici KİV-ə istinadən xəbər verir ki, Mankuş Liviyanın son 13 ildə İrana səfər edən ilk XİN rəhbəridir. 

O, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Mankuş Tehrana iranlı həmkarının dəvəti ilə gəlib.

Qeyd edək ki, son illərdə Liviyada baş verən daxili hadisələrə görə İranın Tripolidə daimi səfiri yox idi. İranın bu ölkədəki səfiri vəzifəsini İranın Tunisdəki səfiri icra edirdi. Bir neçə ay əvvəl İran Liviyadakı səfirliyini yenidən açmağı planlaşdırdığını, bununla bağlı Tripoliyə diplomatik nümayəndə heyətinin göndərildiyini açıqlamışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top