İbrahim Tatlısəs onu tənqid edənlərə cavab verdi

DÜNYA 14.07.2023 2612

Türkiyəli müğənni İbrahim Tatlısəs 13 yaşlı kino ulduzu Beren Gökyıldızla bağlı dediklərindən sonra ona ünvanlanan tənqidlərə cavab verib.

“Saat24.az” xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək ona irad bildirənlərə əsəbiləşib. 

“Allah eşqinə, bu yazıda nə var? Axtarmaq istəsən, çox şey var. Mən ürəyimdən gələn gözəllikləri yazdım, siz isə ürəyinizdəki çirkinlikləri. Bu qədər bəsitsiniz”, - deyə Tatlısəs yazıb. 

Xatırladaq ki, müğənni Berenin fotolarından birinə “5-6 kiloqram çəki atsan, üzünün şişkinliyi çəkilər” deyə şərh yazmışdı. Bu isə həmkarları və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı. 

XƏBƏR LENTİ
02.10.2023 1795

DİGƏR XƏBƏRLƏR

Loading
Top