Yeni təyinatlar geniş inkişaf perspektivləri açacaq-Jalə Əliyeva

SİYASƏT 07.06.2023 2322

 



“Türkiyədə keçirilən sonuncu parlament və prezident seçkiləri türk cəmiyyətinin demokratikliyini bir daha ortaya qoydu və onlar öz seçimini etdi. Artıq Türkiyədə yeni hökumətin formalaşması prosesi gedir. Son günlərdə yeni təyinatlarla qarşılaşırıq. Əslində, bu isimlərin hər biri təkcə Türkiyə deyil, eyni zamanda Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə məlumdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, onların hər biri bugünədək çalışdıqları sahədə özünü təsdiq etmiş şəxslərdir: “Düşünürəm ki, Türkiyə kimi qüdrətli bir dövlətin gələcəyə istiqamətlənmiş strategiyası sadəcə bu gün üçün planlanmayıb. Bu strategiya illər sonranı da nəzərdə tutur. Əlbəttə ki, gələcəyə yeni komanda ilə getmək Türkiyəyə yeni nailiyyətlər qazandıracaq və qarşısında yeni inkişaf perspektivləri açacaq. Təbii ki, biz Türkiyə xalqının seçimini dəstəkləyir və yenidən prezident seçilmiş Rəcəb Tayyib Ərdoğanı təbrik edirik. Ötən illər Ərdoğan strategiyasının həm Türkiyə, həm də bölgə üçün əhəmiyyətli və uğurlu olduğunu hər kəs gördü. Bundan sonra da dünya dövlətləri bu balansda bölgədə Türkiyə, o cümlədən, Azərbaycan ilə münasibətlərini qurmağa çalışacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top