Dünyanın ən varlı adamlarının siyahısında lider o oldu

DÜNYA 01.06.2023 2066

"Tesla" və "SpaceX"in rəhbəri İlon Mask yenidən dünyanın ən varlı adamı olub. 

"Saat24.az" xəbər verir ki,  bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.  

Bildirilir ki, Maskın sərvəti 192 milyard dollardır. 31 Mayda "Tesla" səhmləri 1,38% artıb, beləliklə, Mask bir gündə 1,98 milyard dollar varlanıb. Lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin səhmləri artıq ucuzlaşıb.  Beləliklə, onun sahibi Bernard Arno 5,25 milyard dollar itirərək 187 milyard dollar sərvəti ilə ikinci yerdə qərarlaşıb.  

İlin əvvəlindən Maskın sərvəti 55,3 milyard dollar artıb.

"Amazon" qurucusu Ceff Bezos 144 milyard dollarla üçüncü, "Microsoft" qurucusu Bill Qeyts 125 milyard dollarla dördüncü, "Oracle"ın həmtəsisçisi Larri Ellison isə 118 milyard dollarla beşincidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top