Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları dəyişdi

CƏMİYYƏT 19.05.2023 2124

Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edilib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib.

Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib.

Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilmişdir.

Yeni hallar aşağıdakılardır:

- - barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;

- - barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;

- - nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top