Netanyahu oğluna sosial medianı qadağan etdi

DÜNYA 14.04.2023 2170

İsrailin baş naziri Benyamin Netanyahunun internetdə ekstremist və qalmaqallı paylaşımları ilə gündəmə gələn oğlu Yair Netanyahuya “sosial media məhdudiyyəti” qoyduğu bildirilib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu və həyat yoldaşı Sara, hökumətin mübahisəli məhkəmə nizamnaməsinə qarşı ümummilli kütləvi etirazların arxasında ABŞ-ın olduğunu iddia edən oğulları Yairə sosial mediadan istifadəni məhdudlaşdırıb.

Bildirilib ki, Yair çox diqqət və qəzəb çəkməməsi üçün tvit yazmağı dayandırmasını və “sakitləşməsini” tələb edən valideynlərinin istəyini qəbul edib və  sosial mediadan istifadə etməməyə başlayıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top