
Ermənistanın hüquq-mühafizə orqanları Zəngəzur bölgəsinin Qafan rayonunda ermənilərin təxliyə edilməsi haqqında təlimlər keçirəcək.
"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi açıqlayıb.
Məlumata görə, təlimlər aprelin 14-də baş tutacaq: "Qafanda "Xəbərdarlıq, evakuasiya, sığınacaq" mövzusunda praktiki məşğələlər keçiriləcək. Təlim zamanı həyəcan siqnalı veriləcək".