"Bəzi gizli hərbi sənədlərin məzmunu dəyişdirilib" - Ağ Ev

DÜNYA 11.04.2023 1722

"ABŞ ordusundan sızan bəzi “gizli” sənədlərin məzmunu dəyişdirilib".

"Saat24.az" xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında deyib. 

O, sosial mediada müharibə də daxil olmaqla bir çox aktual mövzuda ABŞ ordusuna aid məlumatları ehtiva edən “gizli” sənədlərin sızdırılması və yayımlanması ilə bağlı sənədlərin məzmununun dəyişdirildiyi ifadə edib. 

ABŞ Ədliyyə Nazirliyinin sızdırılması ilə bağlı məhkəmə araşdırmasına başladığını qeyd edən Kirbi sənədlərlə bağlı şərh vermək üçün istintaqın nəticələrini gözləməyin düzgün olacağını qeyd edib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top