Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat birmənalı olaraq beynəlxalq hüquq normaları prizmasından yanaşıldıqda Azərbaycanın suverenliyinə, onun həyata keçirdiyi balanslı xarici siyasətinə, beynəlxalq konvensiyalara zidd addımdır. Yəni İran İslam Respublikasının növbəti təhdid edici bəyanatı bir ölkənin həyata keçirdiyi müstəqil siyasətə, digər dünya ölkələrinin daxili işlərinə qarışmama prinsipinə daban dabana zidd addımdlr. Bunu da xatırlatmaq yerinə düşər ki,, Azərbaycan bütün ölkələrə və öz ölkəsində yaşayan xalqlara, millətlərə qarşı dinindən, dilindən asılı olmayaraq tolerantlıq siyasəti həyata leçirdir. İran İslam Respublikası isə illərdən bəri bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı, məhz azərbaycanlı olduqları üçün parçalama siyasəti yürüdüb, onların hüquqları pozulub. Hətta İranda baş verən son zəlzələ əsnasında belə İran rejimi azərbaycanlılara qarşı ikili standartlarla hərəkət etdilər, onların köməyinə gəlmədilər. Eyni zamanda yaxın vaxtlarda ölkəmizdə ard-arda baş verən sui-qəsd hadisələri, təxribatlar da birmənalı olaraq İran İslam Respublikasının öz bəyanatlarını verərkən diqqətli olmasını zəruri edir. Baş verən hadisələrin hər birinin arxasında məlum rejimin məlum addımlarının izi olduğu hər kəsə bəllidir. Azərbaycanın İsraildə və ya digər bir ölkədə bütün beynəlxalq hüquq normalarına, qaydalarına uyğun bir şəkildə diplomatik missiyasını qurması ölkəmizin hüququdur və bu hüququ birmənalı olaraq heç kəs Azərbaycanın əlindən ala bilməz.