Komitə sədrindən Hacı Şahinin yerinə təyinatla bağlı AÇIQLAMA

CƏMİYYƏT 06.04.2023 1721

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məşədi Dadaş məscidinə imamın təyin edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

"Saat24.az"ın məlumatına görə, M.Qurbanlı deyib ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev məsciddə dini ayinləri, Cümə namazlarını icra edir.

“Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”, - deyə M.Qurbanlı bildirib.

Keçmiş Əbu Bəkir məscidinin açılması məsələsinə münasibət bildirən M.Qurbanlı qeyd edib ki, məsciddə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və məscidin yaxın zamanlarda açılışının olması gözləniləndir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top