
Ermənistanın Lori vilayətində partlayış baş verib.
"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, güclü partlayışdan sonra elektrik yarımstansiyası yanıb.
Məlumata görə, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin "Debed" filialına məxsus elektrik yarımstansiyalarından birinin yağ açarında partlayış baş verib və nəticədə yanğın olub.