Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başladı

SİYASƏT 29.03.2023 1526

Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli Koen arasında görüşü başlayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə E.Koen tvitterdə paylaşım edib.

“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top