İlham Əliyev Türkiyəyə səfər edəcək

SİYASƏT 15.03.2023 2073

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. 

"Saat24.az" xəbər verir ki, ölkə başçısı Türk Dövlətləri Təşkilatının mart ayının 16-da Ankarada keçiriləcək fövqəladə sammitində iştirak edəcək.

Sammitdə iştirak etməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi dəvət edib. 

Qeyd edək ki, sammit Azərbaycanın təklifi ilə təşkil olunub və proqramın sonunda dövlət başçıları "Ankara Bəyannaməsi"ni imzalayacaqlar.

TDT-də fövqəladə halların idarə edilməsi, humanitar yardım və təbii fəlakətlər zamanı əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top