“Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun qalibləri müəyyən olundu-Foto

CƏMİYYƏT 02.03.2023 3765

Saat24.Az xəbər verir ki,Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun ötən ilin oktyabr ayından start götürən seçim turları Zərdab, Ucar, Kürdəmir, Ağcabədi və Beyləqan rayonlarında baş tutmuşdur ki, bu mübarizədə regionları təmsil edən 80 komandanın 800 intelektual üzvü qalibiyyət uğrunda mübarizə aparmışdır. Seçim turlarında ən çox xal toplayan 8 komandanın iştirak etdiyi final oyunu Zərdab rayonunda baş tutdu.  

Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsinə ehtiramla başlanan final oyununun açılış mərasimində "Poliqon" Strateji İntellekt Oyununun müəllifi, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirak etdilər.
İştirakşıların gərgin intellekt mübarizəsi ilə davam edən final oyunun nəticələrinə görə Kürdəmir rayonunun "Müfəttişlər" komandası birinci, Zərdab rayonunun "Pele-82" komandası ikinci, Zərdab rayonunun "Şuşa" komandası üçüncü yerləri bölüşdülər.  Qaliblər kubok, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 


Poliqonçular adından komandalarımızı təbrik edirik. 
 
Məlumat üçün bildiririk ki, “Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan milli intellektual oyundur. Gənclər arasında çox sevilən bu oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizin gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin regionlarda fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir.
Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
#AzGF #RGİTİB #Poliqondayam #Poliqonsio #XarıbulbulKuboku #Universiada  #Zəfərkuboku #ÇağırışKuboku #İntellektrualYarış #Zərdab #Ucar #Agcabedi #Kurdamir #Beylaqan  #Azeidman #Azegənclər#Birkimibirlikdə

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top