Xocalı soyqırımının Zərdab rayonunda təntənəli şəkildə qeyd olundu-FOTO

CƏMİYYƏT 25.02.2023 3269
Saat24.Az xəbər verir ki,26 fevral “Xocalı Soyqırımı”nın 31-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 26 fevral “Xocalı Soyqırımı”nın 31-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, hüquq mühafizə orqanları, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Zərdab RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən “Xocalı Soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı, Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu, erməni vəhşiliyinin dünya ictimayyətinə çatdırılmasında dövlətimizin gördüyü işləri, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığını, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırmışdır.

 

 




B
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top