Elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilə bilər? - AÇIQLAMA

CƏMİYYƏT 21.02.2023 1304

Milli Məclisdə Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilməsinin mümkünlüyü müzakirə edilib. 

Saat24.az xəbər verir ki, bu təkliflə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Məşhur Məmmədov çıxış edib. 

Millət vəkili Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilməsinin mümkünlüyü ilə bağlı sual verib.

Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib ki, enerji sistemində səmərəliliyin təmin olunması hər zaman nazirliyin marağında olub.

"Həmişə təkliflərlə çıxışı etmişik. Amma elektrik enerjisi üzrə gecə və gündüz tariflərini tətbiq etmək sadə məsələ deyil. Ona görə ki, sayğaclaşdırma buna uyğun qurulmalıdır. Belə ki, gecə-gündüz tariflərinə keçmək istəsək, bunu aparan sayğaclar olmalıdır", -deyə şöbə müdiri bildirib.

XƏBƏR LENTİ
20.04.2024 2020

DİGƏR XƏBƏRLƏR

Loading
Top