"Qəbul etdiyimiz qanunlar vətəndaşlarımıza fayda vermir" - Deputat

CƏMİYYƏT 21.02.2023 2294

"Qəbul etdiyimiz qanunlar birbaşa olaraq hələ də vətəndaşlarımıza fayda vermir. Sırf enerji resursları ilə bağlı edilən dəyişikliklərdən danışıram".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, "Azərişıq" bu günə qədər işini çox yaxşı qurub: "Bu qurumla bağlı ciddi problemlər eşitmirəm. "Azərişıq"ın funksiyasını azaldıb, alternativ şirkətlər yaratmaqla vətəndaşlarımıza faydamız dəyəcəkmi? Yoxsa, əksinə vətəndaşlar problemlərin həllində əziyyət çəkəcək? Hazırda "Azərişıq" işinə məsuliyyətlə yanaşır.  "Azərişıq" bir problem olanda vaxtında həll edir", - deyə deputat qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top