Yevlax rayonunun Kövər və Yuxarı Bucaq kəndlərində tibb məntəqələri təmir olunub

CƏMİYYƏT 17.02.2023 1498

Yevlax rayonunun Kövər və Yuxarı Bucaq kəndlərində təmir olunan tibb məntəqələri istifadəyə verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə təmir olunan tibb məntəqələrində sakinlərə ilkin tibbi yardımın göstərilməsi üçün tam şərait yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibb məntəqəsinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Anar Ağayev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yevlax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, tibb məntəqələri Kövər və Yuxarı Bucaq kəndlərində 4000 nəfərə yaxın sakinə tibbi xidmət göstərəcək.

Yaxın gələcəkdə rayon ərazisində daha bir neçə tibb məntəqəsinin açılışı planlaşdırılır.

 




XƏBƏR LENTİ
23.03.2023 1909
23.03.2023 1998
21.03.2023 1230

DİGƏR XƏBƏRLƏR

Loading
Top