"Qarabağ" qələbə QAZANDI

CƏMİYYƏT 17.02.2023 1332

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

"Saat24.az" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib. Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb. Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top