Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib

GÜNDƏM 04.02.2023 2323

“Hazırda professor Adil Qeybulla 1 saylı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevi müayinə edir”.

"Saat24.az" xəbər verir ki, bu barədə ictimai fəal Zaur Əkbər məlumat verib. Bildirilib ki, aclıq aksiyası keçirən B.Hacıyevin səhhətində problemlər yaranıb.

Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub və ötən il dekabrın 9-da barəsində 1 ay 20 gün həbs qəti imkan tədbiri seçilib. Bir neçə gün öncə isə B.Hacıyev barəsindəki həbs qəti imkan tədbirinin müddəti bir az uzadılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top