Bir övladını qan xəstəliyindən itirən ana: “İkinci itkiyə dözə bilmərəm” - FOTO

CƏMİYYƏT 27.12.2022 1722

15 yaşlı qızı İlhamə Nağızadə beta talassemiyanın ağır formasından əziyyət çəkən Günay Əsgərova kömək çağırışı ilə Oxu.Az-a müraciət edib.

Qadın artıq ilk övladını onda aşkarlanan qan problemlərinə görə itirib. Buna baxmayaraq, təslim olmur və qızını xilas etmək üçün əlindən gələni edir.

2016-cı ildə həmyerlilərinin maddi yardımı sayəsində Almaniyada İ.Nağızadənin sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Lakin qızın vəziyyəti yenidən pisləşib və transplantasiyanın mənfi nəticələrinə görə dərisində zədələnmələr başlayıb:

“Bu ilin noyabr ayında Almaniyadan gəldik. Orada bizə dedilər ki, İlhamənin tam sağalmağı üçün iki illik reabilitasiya kursu keçməlidir”.

Müalicə xərcləri üçün 202 min avro pul lazımdır. İlhamənin anası təkbaşına bu məbləği ödəyə bilmir:

“Mən tənha anayam. İldə 2-3 dəfə Almaniyaya gedirik. Hər müalicəyə isə 19-29 min avro arası pul xərclənir. Qızımın sağalması üçün dostlardan borc alıram, bankdan kredit götürürəm. Mən maaşımla yalnız kirayə pulunu ödəyə bilirəm”, - deyə o bildirib.

G.Əsgərova bildirir ki, xalqın köməyinə ehtiyacı var:

“Qızım əlaçıdır, ingilis və alman dillərini mükəmməl bilir. Mən artıq bir övladımı itirmişəm və daha bir itkiyə dözə bilmərəm. Hamıdan buna biganə qalmamağı xahiş edirəm”.

İlhamənin anası ilə 055 989 54 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

İlhamə üçün xaricdən yardım etmək istəyənlər bu link vasitəsi ilə yardım edə bilər. 

Yardım üçün pulu bank hesabına köçürmək olar: 4169 7377 0706 4693.

 























XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top