Həkimlərin sertifikasiya imtahanı təxirə salınıb

CƏMİYYƏT 26.12.2022 1343

Səhiyyə Nazirliyi 2023-cü il yanvarın 10-a qədər sertifikasiya imtahanından keçməli olan həkimlərə müraciət edib.

Nazirlikdən Saat24.Az-a bildirilib ki, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb.

Qeyd edilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb:

“Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top