Gəncədə itkin düşən ana və üç oğlu tapıldı - YENİLƏNİB

GÜNDƏM 20.12.2022 1136

Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə G. Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub.

Bu barədə Saat24.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd edilib ki, G. Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb.

09:54

Gəncədə ana üç övladı ilə birlikdə itkin düşüb.

Saat24.Az xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top