
Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuş, 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalid Əlimirzəyev 30 yanvar 2016-cı ildə vəfat etmiş, Qəbələ rayon Qəmərvan kəndində dəfn edilmişdir.
#Azərbaycan #UcarMKS #XalidƏlimirzəyev90

