Britaniya kralı balaca şahzadələrin titullarına dair qərar qəbul edəcək

DÜNYA 19.12.2022 1297

Böyük Britaniya kralı III Çarlz nəvələrinin kral titulu ilə bağlı qərar verməzdən əvvəl şahzadə Harrinin avtobioqrafik kitabının nəşrini gözləyəcək.

Məlumata görə, kral iki kiçik nəvəsinin - Arçi və Lilibetin gələcəkdə şahzadə titullarından istifadə edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib. Bildirilir ki, III Çarlz Sasseks hersoqlarının övladlarının titulları ilə bağlı yekun qərarını oğlu Harrinin yanvarın 10-da nəşri gözlənilən bioqrafik kitabının işıq üzü görməsindən sonra verəcək.

Qeyd edək ki, şahzadə Harri və Meqan Marklın kral ailəsindən çıxmalarına  baxmayaraq, onların uşaqları Kraliça II Elizabetin ölümündən sonra şahzadə olublar.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top