Rusiyada irimiqyaslı yanğın olub - VİDEO

DÜNYA 18.12.2022 1483

Vladivostokda yerləşən anbar kompleksində yanğın baş verib.

Bu barədə hadisə şahidləri və Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

Karernaya küçəsindəki anbarın alışması barədə xəbər dispetçer xidmətinə yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə 14:30) daxil olub.

Yanğınsöndürənlər gələnədək tikililərin divarları və dam örtüyü alovlara bürünüb.

Yanğının sahəsi 1,1 min kvadratmetrə yaxındır.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qeyd edib ki, artıq dam örtüyü uçub. Hələlik itkilər barədə məlumat verilmir.

İlkin məlumata görə, yanğın “Yaşkino” şirkətinin qənnadı məmulatlarının saxlandığı anbarlarda baş verib. Şahidlər yanğının qarşısının alındığını bildiriblər.

Mənbə: snob.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top