“West Hospital”ın həkim kollektivi qocalar evini ziyarət etdi - FOTO

CƏMİYYƏT 02.12.2022 1537

Dekabr ayının 1-də “West Hospital”ın həkim kollektivi Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət edib.

Belə ki, 1 yaşını sözügedən evin sakinləri ilə keçirən “West Hospital”ın həkimləri bundan böyük məmnunluq hissi duyduqlarını bildiriblər.

Onlar bu addımı atmaqda əsas məqsədlərinin ahıllarımıza diqqət göstərmək və onların qayğılarına qalmaq olduğunu vurğulayıblar.  

Hospitalın peşəkar həkimləri səhhətindən şikayəti olan şəxsləri müayinə edib və yerindəcə lazım olan tibbi müdaxilələri edərək vacib tövsiyələr veriblər.

Sonda həkimlər qeyd ediblər ki, sözügedən evin sakinləri üçün ən gözəl yer və böyük xoşbəxtlik övladlarının yanında olmaları, onlarla bir evi, yuvanı bölüşmələridir:

“Dövlətimiz tərəfindən qocalar evində məskunlaşan ata-analarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz. Xalqımızın əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən başlıcası böyüklərə, yaşlılara, qocalara hörmətdir. Biz də “West Hospital” kollektivi olaraq, burada olan bütün ahıllarımıza möhkəm cansağlığı arzulayır, ürəklərindən keçən arzuların tezliklə reallaşmasını diləyirik”.

 














XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top