Millət Vəkili Jalə Əliyevadan ÖNƏMLİ TƏKLİFLƏR

SİYASƏT 26.11.2022 2888
Saat24.Az xəbər verir ki,Millət vəkili, Milli Məclisin ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Milli Məclisdə 2023-cü ilin büdcə müzakirələri zamanı çıxış edərək, seçildiyi rayonlarla bağlı bəzi təkliflərini irəli sürüb:

"Azərbaycan özünün ən yeni tarixinin ən qürurverici mərhələsini yaşayır.
Bəli, Azərbaycan Zəfər çalıb. Və bu Zəfər ölkə həyatının bütün sahələrində öz əksini tapıb. Eləcə də, bir ölkənin inkişafı üçün ana qaynaq, əsas mənbə olan büdcəmizdə də bu Zəfər çox aydın şəkildə özünü göstərir. Və biz, müzakirə etməkdə olduğumuz büdcəni Zəfər büdcəsi olaraq da adlandıra bilərik.
Mən eyni zamansa seçildiyim rayonlarla- Zərdab və Ucarla bağlı bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. 
Birinci növbədə məktəb tikintisi haqqında danışmaq istəyirəm. Məktəblərimiz də, son 20 ilin ən böyük nailiyyətlərindəndirlər. Lakin hələ də təmirsiz, qəzalı vəziyyətdə, soyuq, bu günkü inkişafımızla bir araya sığmayan məktəblər var. Həmin məktəblərin əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı əlaqədar qurumlara müraciət edəndə, deyilir ki, məsələ ölkə üzrə növbəlilik əsasında həll edilir. Biz anlayırıq ki, by məktəblərin hamısını bir anda təmir etmək mümkün deyil. Amma unutmayaq ki, həmin məktəblərdə təhsil alan uşaqlarımız böyümək üçün növbəlilik gözləmirlər. Zaman bir göz qırpımında uçub gedir və bütün uşaqların öz vaxtında, öz zamanında öz hüquqlarından istifadə etmək haqqı var.
Mən Zərdab rayonunda əsaslı təmirə və yenidən inşa edilməyə ehtiyac duyulan və növbə gözləyən  həmin məktəbləri sadalamaq istəyərdim:
    Zərdab rayonunun qəzalı vəziyyətdə olan Dəliquşçu, Məlikli, Şəftəhal, Bəyimli, Əlibəyli tam orta məktəbləri üçün yeni binaların tikintisinə;
    Rayonun şəhər 2 saylı Gəlmə, Gəndəbil, Şahhüseynli, Bıçaqçı, Gödəkqobu, Məmmədqasımlı kənd tam orta məktəblərinin əsaslı təmirinə ehtiyac var.
     Mən eyni zamanda digər sahələrlə də bağlı bəzi məsələlərə toxunaraq həmin məsələlərin   büdcədə nəzərə alınmasını xahiş edirəm. 
    Birinci növbədə Zərdab rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan 36 mənzilli binanın tikintisi;
    Zərdab rayonunun qəzalı vəziyyətdə olan Məlikli və Körpükənd kənd xəstəxanaları üçün yeni binaların tikintisi;
    Zərdab rayon Mərkəzi stadionunun əsaslı təmiri;
    Qəzalı vəziyyətdə olan Zərdab  tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi;
    Ucar rayonunun Bərgüşad kəndində elektrik xəttinin çəkilişi işlərinin tamamlanması;
    Ucar rayonunun Bərgüşad kəndində yeni mədəniyyət evinin tikintisi;
    7.Ucar rayonunun Lək kəndində bir zamanlar möhtəşəmliyi ilə  diqqət çəkən, lakin indi bərbad vəziyyətə düşən Mədəniyyət Evinin əsaslı təmiri üçün vəsaitə ehtiyac var. 
    Sonda daha əvvəlki illərdə büdcə müzakirələri zamanı səsləndirdiyimiz müxtəlif təklif və xahişlərdən bir qismini nəzərə alaraq, müsbət həll etdikləri üçün əlaqədar hökümət qurumlarına öz adımdan və seçicilərim adından təşəkkürlərimi bildirirəm.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top