“Azəriqaz”: “Bu il 8 900 ədəd qaz sayğacında kənar müdaxilə halları aşkarlanıb”

GÜNDƏM 25.11.2022 1172

“Məişət tipli qaz sayğacının dövri yoxlama müddəti beş il, sənaye tipli qaz sayğaclarında isə üç il təyin edilib”.

Saat24.Az xəbər verir ki, bu fikirləri SOCAR-ın “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” günündə sualları cavablandırarkən deyib.

O bildirib ki, cari ilin əvvəlində dövri yoxlama müddəti bitən qaz sayğaclarının sayı 650 minə yaxın olub:

“Artıq 250 min qaz sayğacı əvəz olunaraq dövlət yoxlamasına göndərilib. Çıxarılan qaz sayğaclarında müdaxilə halları araşdırılır. Statistikaya baxsaq, 2020-ci ildə çıxarılan qaz sayğaclarının 13 min ədədində kənar müdaxilə aşkarlanıb. 2021-ci ildə bu rəqəm 20 min 800 ədəd olub, bu il isə 8 min 900 ədəd qaz sayğacında kənar müdaxilə halları aşkarlanıb. Rəqəmlərin azalması sevindirici haldır.

Qeyri-əhali üçün nəzərdə tutulan sənaye tipli qaz sayğaclarının sayı 8 min 200 ədəddir. Onlardan 3 min sayğacın dövri yoxlama müddəti bitib. 1 500 sayğac artıq çıxarılaraq dövlət yoxlamasına göndərilib, digərlərinin də yoxlamalara göndərilməsi üçün tədbirlər görülür”.

“Qaz sayğacları artıq ötən ildən etibarən şəffaf qutular içərisində quraşdırılır. Qutu hər iki hissədən iki plombla möhürlənir və müdaxilə halları mümkün olmur”, - deyə R.Məhyəddinov qeyd edib.

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top