Ərdoğandan antiterror əməliyyatları barədə: “Bu, başlanğıcdır”

SİYASƏT 23.11.2022 1650

“Təyyarələr, pilotsuz təyyarələr və artilleriya ilə əməliyyatlarımız hələ başlanğıcdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində (TBMM) çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, ölü və ya yaralı ələ keçən terrorçuların sənədləri, həmçinin təlim keçdikləri yerlər və Suriyada müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatlar onların PKK ilə eyni məqsədə qulluq etdiklərini təsdiqləyir.

“Burada qeyd etmək istərdim ki, biz artıq heç kimin yalanla ölkəmizə gəlməsinə dözüm göstərməyəcəyik. Bütün sərhədlərimizi təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür. Artıq bu zolağın bir hissəsini yaratmışıq. Qalanlarını da Tel-Rifat, Mənbic və Ayn Əl-Ərəbdən başlayaraq, addım-addım həll edəcəyik. Terrorçuların gizlənərək özlərini təhlükəsiz hiss etdikləri o beton tunellərin onların məzarına çevriləcəyi gün yaxındır. Bizə ən münasib vaxtda qurudan terrorçuların başının üstünü alacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top