FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib

Sadə xəbər
GÜNDƏM 23.11.2022 1343

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və yeddi halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 13 nəfər xilas edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top