“Qazprom” Ukraynadan tranzitlə keçən qazın verilişini dayandırmağa başlaya bilər

DÜNYA 23.11.2022 1370

Rusiyanın “Qazprom” şirkəti noyabrın 28-də Ukrayna ərazisindən tranzitlə keçən qazın verilişini azaltmağa başlaya bilər. Bu barədə “Qazprom”un “Telegram” kanalı xəbər verir.

“Əgər Moldova istehlakçıları üçün Ukraynadan keçən qaz tranzit disbalansı davam edərsə, o zaman Rusiya tərəfi noyabrın 28-də saat 10:00-dan etibarən “Suca” qaz ölçü stansiyasına qazın verilişini azaltmağa başlayacaq”, - deyə məlumatda bildirilir.

Şirkətdən deyiblər ki, “Qazprom” “Moldovaqaz” şirkətilə müqavilə əsasında tədarüklər üçün nəzərdə tutulmuş qazın Ukrayna ərazisində azaldığını təsbit edib.

Xatırladaq ki, Moldova Hesablama Palatası daha əvvəl keçirdiyi auditin nəticələrinə əsasən bəyan etmişdi ki, “Moldovaqaz” şirkətinin “Qazprom”a borcu 590,8 milyon təşkil edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top