Azərbaycanda məktəbli naməlum şəxslər tərəfindən döyülüb

HADİSƏ 21.11.2022 1211

Lənkəran rayonunda məktəbli döyülüb.

Oxu.Az-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.Q. naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran xəstəxanasına yerləşdirilib və vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top