Dünyanın ən gənc milyarder qadınını 11 illik həbs cəzası gözləyir

DÜNYA 20.11.2022 1063

“Theranos”un qurucusu Elizabet Holmsu fırıldaqçılıq və investorları aldatmaq ittihamı ilə 11 il 3 ay həbs cəzası gözləyir.

Müvafiq qərarı Kaliforniya federal məhkəməsi verib.

2010-cu illərin əvvəllərində Holms “yeni Stiv Cobs” adlandırılırdı. Səkkiz il əvvəl isə o, dünyanın ən gənc qadın milyarderi oldu.

“Theranos” illər ərzində universal bir cihaz üzərində işləyib. Bu aparat bir damcı qandan istifadə etməklə yüzlərlə müxtəlif xəstəliklərə, o cümlədən xərçəng və diabetə diaqnoz qoymalı idi. Lakin məhkəmənin müəyyən etdiyi kimi, cihaz saxta olub və şirkət rəhbəri layihənin investorlarını bilərəkdən çaşdırıb.

Holms cəzasını aprelin 27-dən çəkməli olacaq. Onun bir yaşlı oğlu var və hazırda ikinci övladına hamilədir. Qadının müdafiəçilərinin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.

Mənbə: BBC

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top