Lənkəranda tələbələr arasında dava ölümlə nəticələndi - FOTO

HADİSƏ 18.11.2022 1176

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

Saat24.Az-ın məlumatına görə, insident ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top