Sabahdan yeni radio Bakıda yayıma başlayır

CƏMİYYƏT 17.11.2022 1109

Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş “Yurd” FM radiosu 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır.

Radiodan APA-ya verilən xəbərə görə, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq.

2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır. “Yurd” FM radiosu Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisinin yayılması formatında fəaliyyət göstərəcək.

Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunacaq.

Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə töhfə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top