ABŞ-da yaşayış binasında partlayış olub, xəsarət alanlar var

DÜNYA 17.11.2022 1038

ABŞ-ın Merilend ştatının Qeytersburq şəhərində yaşayış binasında baş verən partlayış və yanğın nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

Bu barədə Montqomeri dairəsinin yanğınsöndürənlərinə istinadən "FOX 9" telekanalı məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, 10 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan ikisinin xəsarətləri ağırdır.

Partlayış nəticəsində bir ev uçub, yaxınlıqdakı bəzi tikililərə də ciddi ziyan dəyib. Evdən ümumilikdə 24 mənzil təxliyə edilib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top