Moskvada yeraltı dayanacaq bomba sığınacağına çevriləcək

DÜNYA 17.11.2022 1354

Moskvanın Tsaritsıno rayonunda yeraltı avtomobil dayanacağı bomba sığınacağına çevrilir.

Məlumata görə, orada 2 min nəfər gizlənə biləcək.

Kaspiyskaya küçəsindəki yeni binada avtodayanacağın müdafiə obyektinə çevrilməsi planlaşdırılır.

Hər şeyin qaydalara uyğun olması üçün yeraltı dayanacağa kanalizasiya və su xətti çəkiləcək. Tikinti-quraşdırma işlərini “Mosvodokanal” şirkəti həyata keçirəcək.

Plana görə, parkinq 2023-cü ilin may ayına qədər bomba sığınacağına çevrilməlidir.

Tikinti işləri, hesablamalara görə, 53 milyon rubla başa gələcək.

Qeyd edək ki, Moskvada fövqəladə hallar üçün 400-dən çox bomba sığınacağı və bunker var.

Mənbə: daily.afisha.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top