Maştağanın “güzgülü” yolları adam aldadır - FOTOREPORTAJ + YENİLƏNİB

GÜNDƏM 15.11.2022 1566

Sabunçu rayonunun Maştağa qəsəbə nümayəndəliyi Savalan yaşayış massivinin küçələrindəki yolların yararsız halda olmasına münasibət bildirib.

Qurumdan Oxu.Az-a bildirilib ki, sözügedən massivin küçələrində yolun təmiri ilə bağlı aidiyyəti qurumlara müraciət edilib:

“Sabunçu rayonunun bütün qəsəbələrində olduğu kimi Maştağada da yolların təmiri aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Dövlət İnvestisiya” Proqramları çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Bununla bağlı həmin Agentliyə müraciət olunub. Yəqin ki, yaxın zamanlarda qeyd olunan məsələ öz müsbət həllini tapacaq”.

17:08

Yağışın yağmasını səbirsizliklə gözləyənlər var. Çünki nemət hesab olunur. Amma heç də hamı bu “nemət”ə sevinə bilmir. Bunlar, əsasən, yağış yağan kimi keçilməz yolların əsarətində qalanlardır. Xüsusən də Bakıətrafı kənd və qəsəbələrdə yaşayanlar belə problemlə üz-üzə qalırlar.

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivinin küçələri də yağış düşən kimi güzgütək parıldayır. Amma bu, yağışın yuduğu asfaltın parıltısı deyil - yaranan palçıq gölməçələri yollar keçilməz edir.  

Photostock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top