Təlaşa ehtiyac yoxdur-Şahin Məmmədov

CƏMİYYƏT 18.11.2020 2815
Bu sözləri Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov öz şəxsi Facebook səhifəsində yazıb.
Son günlər yağışlı hava ilə əlaqədar bir çox insana soyuq deyib) common chill adlanır bu xəstəlik. Təlaşa ehtiyac yoxdur. Karonavirus deyil)
Müraciətlərdən görürəm ki yüngül boğaz ağrısı, əzələ ağrıları və burun axması, ümumi halsızlıq şikayətləri var bu cür xəstələrdə. 
Coviddən fərqli olaraq temperatur olmur ya 37.5 i keçmir və öskürək olsa da çox yüngül olur.
Müalicə vit C, D, sink, selen, bal, limon, doşab, çoxlu kəklikotu çayı, zoğal, moruq mürəbbəsi🤣
Burun axmasının qarşısını alan damarsıxıcı spreylər az istifadə edin. Çünkü onların istifadəsi vaxtı burun seliyi həmin vaxt azalsa da burun axma günlərinin sayı artacaq. Əvəzinə hipertonik- duzlu su damcılarından istifadə edə bilərsiz.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top