Haitidə iki aylıq fasilədən sonra yanacaq satışı bərpa edilib

Sadə xəbər
DÜNYA 11.11.2022 1148

Haiti polisi ölkənin ən böyük neft terminalına nəzarəti bərpa etdikdən sonra benzin və dizel yanacağının ölkədə satışı bərpa olunub.

Son iki ay ərzində Varradakı terminalın silahlı dəstələr tərəfindən blokaya alınması ölkədə yanacaq böhranına səbəb olub. Yalnız yanacaqdoldurma məntəqələri deyil, dizel yanacağına ehtiyacı olan generatorlardan elektrik enerjisi alan bir çox xəstəxana da fəaliyyətini dayandırıb. Ölkənin su təmizləmə sistemi də işinə ara verməli olub.

Terminalın azad edilməsindən sonra güclü polis nəzarəti altında olan 45 tanker terminala doğru hərəkət edərək yanacağı lazım olan yerlərə çatdırıb.

Yanacağın ilk partiyası əsasən zavodlar, xəstəxanalar və dövlət qurumları üçün nəzərdə tutulub.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top