İsmayıllıda ata və oğlu bıçaqlanıblar

HADİSƏ 10.11.2022 1585

İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıblar.

Saat24.Az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev ilə yaşadıqları evin həyətində
həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il
təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu arasında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.Nəcəfova bir, C.Nəcəfova isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top