Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik edib

Sadə xəbər
GÜNDƏM 09.11.2022 1441

Rusiya ilə Azərbaycan sərhədində yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemi dəyişdirilib.

Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu olub. Həmçinin, dəyişikliyin noyabrın 17-nə kimi tətbiq ediləcəyi vurğulanıb.

Bununla yanaşı, qurumdan yük avtomobillərinə Rusiya ərazisindən Azərbaycana çıxış üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunub.

Mənbə: TASS

XƏBƏR LENTİ
17.05.2025 2358
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top