Norveç şahzadəsi şaman nişanlısına görə krallıqdakı öhdəliklərini tərk edir

DÜNYA 09.11.2022 1086

Norveç kralı Haraldın qızı şahzadə Marta Luiza çərşənbə axşamı bildirib ki, nişanlısı ilə bağlı çoxsaylı suallara görə bundan sonra Norveç kral evini rəsmi olaraq təmsil etməyəcək.

Şahzadənin sözlərinə görə, qərarı valideynləri ilə məsləhətləşərək “kral evində sülh yaratmaq üçün” qəbul edilib.

Norveç taxt-tacına dördüncü varis olan 50 yaşlı şahzadə iyun ayında özünü şaman və müalicəçi kimi qələmə verən amerikalı Darek Verretlə nişanlanıb.

Açıqlamaya görə, Verretin titulu olmayacaq və o, Marta Luiza ilə evləndiyi zaman Norveç kral evini təmsil etməyəcək.

Qeyd edək ki, Marta Luizanın 2016-cı ildə sona çatan ilk evliliyindən üç qızı var. Norveç mətbuatının yazdığına görə, o, övladları ilə birlikdə Kaliforniyaya köçməyi planlaşdırır.

Mənbə: eurointegration.com.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top